İran Avropa güclərini snapback mexanizmindən sui istifadə etməkdə ittiham edir

19.09.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər nazirinin müavini Tehranın şərtlərə, o cümlədən BMT-nin nüvə müfəttişlərinə giriş imkanına əməl etmədiyi təqdirdə, Avropa güclərinin ayın sonuna qədər beynəlxalq sanksiyalar tətbiq etmək qərarını tənqid edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Cenevrədə jurnalistlərə bildirib.

“Avropalıların etdikləri siyasi qərəzlidir və siyasi motivlidir... Onlar Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan mexanizmdən sui-istifadə etməyə çalışaraq müxtəlif səviyyələrdə səhvlərə yol verirlər”, - deyə o qeyd edib.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin İslam Respublikasına qarşı sanksiyalarının geri qaytarılmasının qarşısını almaq üçün Avropa güclərinə “ədalətli və balanslaşdırılmış” nüvə təklifi təqdim etdiyini bildirib.

İran "real məsələlərə toxunan və hər iki tərəf üçün faydalı olan yaradıcı, ədalətli və balanslaşdırılmış təklif təqdim edir", - deyə Əraqçi bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью