İran: Avropa müharibəni qızışdırır

29.01.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi İnqilab Keşikçiləri Korpusunu (İİKK) “terror təşkilatları siyahısı”na əlavə etmək qərarı verən Avropa ölkələrini regionda potensial müharibəni alovlandırmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, Əraqçi X sosial şəbəkəsində paylaşdığı açıqlamada Avropa Birliyinin (AB) İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq qərarını sərt tənqid edib.

Nazir bildirib ki, regiondakı bir çox ölkə İran və ABŞ arasında tammiqyaslı müharibənin qarşısını almağa çalışır, lakin bu istiqamətdə addım atanlar arasında Avropa ölkələri yoxdur. Onun sözlərinə görə, əksinə, Avropa gərginliyi daha da artırır:

“Avropa ölkələri ABŞ-ın göstərişi ilə ‘sürətli bərpa’ siyasəti yürütməkdən sonra Milli Ordumuzu guya ‘terror təşkilatı’ adlandırmaqla növbəti böyük strateji səhvə yol verir”.

Əraqçi İsrailin Qəzzada həyata keçirdiyi, onun sözlərinə görə, soyqırıma qarşı heç bir tədbir görməyən Aİ ölkələrinin İranda “insan hüquqlarını müdafiə etdiklərini” iddia etməsini açıq-aşkar ikiüzlülük kimi qiymətləndirib.

Regionda mümkün genişmiqyaslı müharibənin Avropaya da ciddi təsir göstərəcəyini vurğulayan Əraqçi qeyd edib ki, Aİ-nin hazırkı mövqeyi, xüsusilə enerji qiymətlərinin artması kimi zəncirvari təsirlər baxımından, öz maraqlarına ziddir:

“Avropalılar hökumətlərinin ortaya qoyduğu siyasətdən daha yaxşısına layiqdirlər”.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью