Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tehran nüvə sazişi üzrə dürüst danışıqlara açıqdır, lakin təhdid altında danışıqlar aparmayacaq və AB üçlüyü (Böyük Britaniya, Almaniya, Fransa) planını “qeyri-real ilkin şərtlərə” görə rədd edib.
Axar.az xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani deyib.
Diplomat bildirib ki, əvəzində ölkəsi Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qısa texniki uzadılması təklifini dəstəkləyib.