Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) terror təşkilatı kimi tanımasına cavab olaraq, İran hakimiyyəti bu ölkələrdən bütün hərbi attaşeləri çıxarmalıdır. Tehranı təmsil edən parlament üzvü Əlirza Səlimi bunu İran parlamentində (Məclis) bildirib.
"Onların ölkəmizdəki səfirliklərdə yerləşən hərbi nümayəndələri dərhal çıxarılmalıdır. Onlar terrorçudur və terrorçuların ölkədə yerləşdirilməsi mövcud qanunvericiliyə ziddir. 2019-cu il tarixli Əks Tədbirlər Qanununa əsasən, Avropa ölkələrinin orduları terrorçu hesab olunur. Bu, qanunda təsbit olunub", - deyə o, açıq iclasda bildirib.
Səlimi İran Xarici İşlər Nazirliyini "bu gün müvafiq tədbirlər görməyə" çağırıb. "Terrorçulara təhlükəsiz sığınacaq verilə və ya hərbi nümayəndə hesab edilə bilməz; qanun belədir", - deyə millət vəkili əlavə edib.