İran Avropanın 3 aparıcı ölkəsi ilə görüş təklif edib

29.04.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran nüvə proqramını müzakirə etmək üçün mayın 2-də Romada Fransa, Böyük Britaniya və Almaniya rəsmiləri ilə görüşməyi təklif edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Avropa ölkələri Tehranın danışıqlar aparmaq təklifinə hələ də cavab verməyib. 

Fransa Xarici İşlər Nazirliyinin rəsmisi isə “Əl-Ərəbiyyə” telekanalına bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının üzvü olan üç Avropa ölkəsi İranla nüvə danışıqlarında iştirak etməyə hazırdır. 

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью