İran Avstraliya hava bazasını vurdu

18.03.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Avstraliyanın BƏƏ-dəki Əl-Minhad hava bazasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bunu Avstraliya Baş naziri Entoni Albaneze deyib.

“Hava hücumu tibb və yaşayış məntəqələri də daxil olmaqla, binalara ziyan vurub. Heç bir Avstraliya əsgəri xəsarət almayıb və hazırda hər kəs tamamilə təhlükəsizdir”, - o bildirib.

Qeyd edək ki, Avstraliya ABŞ-İsrail müharibəsi fonunda BƏƏ-dəki və digər Körfəz ölkələrindəki avstraliyalılara kömək etmək üçün bölgəyə raketlər, müşahidə təyyarəsi və qoşun göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью