İran Azərbaycan əlaqələrində problemlər davam edəcək

20.02.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


İran parlamentinin sədri Azərbaycandadır. Bir müddət bundan əvvəl, prezidentin köməkçisi Hikimət Hacıyev İranda oldu. İkitərəfli əlaqələrin inkişafı istiqamətində danışıqlar apardı. Baş nazir Əli Əsədov prezident M. Pezeşkianla yüksək səviyyədə Azərbaycan dilində qarşılandı.
Amma, İranın mühafizəkar dairəsi -SEPAH anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycana qarşı hibrid və informasiya müharibəsini davam etdirir. Azərbaycana qarşı SEPAH "Hüseyniyyun" terror təşkilatı yaradıb. Azərbaycanın Kütləvi informasiya vasitələrinin internet resurslarına haker hücumlar edir. Bu, Tehran rejimi sözdə əməkdaşlıqdan danışır, praktiki olaraq Azərbaycana qarşı total təxribatlara əl atır.
Göründüyü kimi, İran Azərbaycan əlaqələrində problemlər davam edəcək. Azərbaycanın apardığı sülh və təhlükəsizliy siyasəti, regional siyasi dəyişikliklər Tehranı narahat edir. Təbii ki, İranın əlini qolunu Azərbaycan daxildə bağlayıb. Təsir və təzyiq imkanları neytrallaşdırılıb. Azərbaycanın Kütləvi informasiya vasitələrinə qarşı haker hücumlar edir. Artıq Tehranla özü başa düşdüyü dildə danışmaq lazımdır.
Məhəmməd Əsədullazadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью