İran Azərbaycan və Türkiyənin hava məkanını izləyir

10.01.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İran Azərbaycan və Türkiyənin hava məkanlarını izləmək üçün Gilan vilayətində 800 km mənzilli "NAZİR Over-Horizon" (OTH) radarını yerləşdirib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.

Bildirilir ki, Gilandakı "NAZİR" radarı Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstanın böyük hissəsi, Türkmənistanın qərbi, Qazaxıstanın cənub-qərbinin bir hissəsi və Xəzər dənizini əhatə edən hava məkanını İranın nəzarəti altında saxlayır.

"NAZİR" OTH radar sistemi kiçik uçan obyektlərdən tutmuş ballistik raketlərə qədər geniş spektrli hava təhlükələrini aşkar edə bilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью