İran Azərbaycana investisiya qoyuluşunu təxminən 6,2 faiz azaldıb

23.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

2024-cü ildə İran İslam Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 371 milyon 487 min dollar yönəldilib.

Mərkəzi Bankdan Bakıvaxtı.az-a verilən məlumata görə, bu yatırım, 2023-cü illə müqayisədə təxminən 6,2 faiz azdır.

Qeyd edək ki, ötən il İranın yatırımlarının Azərbaycana cəlb edilən investisiyalarda payı 5,3 faiz təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə İranın Azərbaycana investisiya qoyuluşları 395 milyon 983 min dollar həcmində olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью