Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Təbrizi İrəvanla birləşdirəcək yolun tikinti işlərini sürətlə həyata keçirir.
Avtosfer.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin yollar və şəhərsalma qurumunun baş direktoru Seyid Əhməd Musəvi deyib.
O bildirib ki, bu layihə Təbrizi Ermənistanın paytaxtı və Avrasiyanı Vərziğan-Norduz ərazisi ilə birləşdirəcək dəhlizin bir hissəsidir.
Musəvi tikintinin 90%-nin tamamlandığını və yaxın aylarda istifadəyə veriləcəyini açıqlayıb.