İran BAEAnı şantaj edir | Icma.az
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranın düşmənçilik hesab etdiyi qətnamənin qəbul edilməsinə cavab olaraq müvafiq tədbirlər görəcək.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “BAEA Rəhbərlər Şurası tezliklə iclas keçirəcək.
Orada anti-İran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər onlar bizə qarşı qətnamə qəbul etsələr, İrandan proporsional cavab alacaqlar
Biz nüvə proqramımızla bağlı yeni tədbirlər görəcəyik ki, bu da onların heç xoşuna gəlməyəcək”, - deyə Əraqçi bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu