İran başqa ölkələr vasitəsilə İsrailə heç bir mesaj ötürməyib

15.06.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İran hakimiyyəti başqa ölkələr vasitəsilə İsrailə heç bir mesaj ötürməyib.
Demokrat.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.
O, İran prezidenti Məsud Pezeşkianın kiprli həmkarından İsrailə mesaj çatdırmasını istəməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib:
“İran İslam Respublikası heç bir ölkə vasitəsilə İsrailə heç bir mesaj ötürməyib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью