İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ ın…” İsrailə aid gəmi vurulub

31.03.2026

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran İnqilab Keşikçiləri Korpusu raket və silahlı dronlarla  bölgə ölkələrindəki ABŞ bazalarına ağır zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Amerika hərbi toplanış məntəqələri, Bəhreyndə Manama Hava Limanı ətrafında yerləşdirilən müdafiə sistemləri və ABŞ qüvvələrinin yerləşdiyi Küveytdəki Əhməd əl-Cabir Hava Bazasındakı erkən xəbərdarlıq radarları vurulub: “Bundan başqa, İrana hücumlarda həlak olan İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Əli Rza Tengsiriyə həsr olunmuş 88-ci əməliyyat dalğasında Fars körfəzində İsraillə əlaqəli konteyner gəmisi ballistik raketlərlə vurulub. Əks hücumlarımız uğurla davam edir”

Tahir Şəlvəli
MİA.AZ    

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью