İran BƏƏ dəki Amazon məlumat mərkəzini də vurub

02.03.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Amazon" bulud xidmətinin məlumat mərkəzlərindən birində yanğın baş verib və nəticədə onun işində problemlər yaranıb.

Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə "Amazon"dan məlumat verilib.

Bildirilib ki, mərkəzin binasına bəzi predmetlər toxunub və bundan sonra elektrik enerjisi kəsilib. Hadisə ilə bağlı təfərrüat açıqlanmayıb, lakin KİV-də yayılan məlumatlara görə, mərkəz İranın zərbələri nəticəsində zərər görüb.

Qeyd edilir ki, ABŞ və İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatına cavab olaraq həyata keçirilən İran zərbələri BƏƏ-dəki bir neçə vacib binaya və digər obyektlərə ziyan vurub. Xüsusilə dünyanın ən hündür "göydələn"i olan "Burc Xəlifə", Dubay hava limanı və Yaxın Şərqin ən böyük konteyner limanı olan Cəbəl-Əli zədələnib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью