İran BƏƏ ni ABŞ və İsrailin Tehrana birbaşa iştirakda ittiham edib

14.05.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İranın Xarici İşlər naziri Abbas Ərakçi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ və İsrailin Tehrana qarşı həyata keçirdiyi hücuma birbaşa iştirak etməkdə ittiham edib və ölkəni İslam Respublikası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Arakçi özünün Telegram kanalında bildirib.

"Dünən Netanyahunun müharibə zamanı BƏƏ və Əbu-Dabiyə səfər etdiyi məlum oldu. Həmçinin ortaya çıxıb ki, onlar bu hücumlarda iştirak ediblər və bəlkə də birbaşa bizə qarşı fəaliyyət göstəriblər. Buna görə də BƏƏ bu aqressiyanın aktiv iştirakçısıdır və bunda heç bir şübhə yoxdur."

İran XİN rəhbərinin fikrincə, BƏƏ-nin İsraillə ittifaqı münaqişə zamanı ölkəni qorumağa yetməyib və o, BƏƏ-ni xarici siyasətini yenidən gözdən keçirməyə çağırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью