İran Bəhreyndə ABŞ bazasını məhv edib VİDEO (YENİLƏNİB)

02.03.2026

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəhreyndə yerləşən Amerika hərbi bazası məhv edilib.

"Unikal" xəbər verir ki, bu  barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. 
"Bəhreyndəki Amerika bazası tamamilə məhv edilib", - məlumatda qeyd olunub. 

Bundan əlavə, IRIB-in məlumatına görə, İraqın Ərbil şəhərində ABŞ konsulluğunun binası dağıdılıb. 

Vaşinqton məlumatla bağlı heç bir şərh verməyib.

***11:07

Bəhreynin paytaxtı Manamada güclü partlayışlar baş verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunur ki, İran Amerika hərbi bazasına hücum edib.

"ABŞ hərbi bazasının yerləşdiyi Manamanın Cufeyr məhəlləsinin üzərində qara tüstü səmanı bürüyüb", - KİV yazıb. 

Gülayə Mecid 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью