İran Bəhreyndə ABŞ nin hərbi obyektlərinə növbəti zərbələr endirdi

18.07.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.

"Bir neçə saat əvvəl İran ordusunun pilotsuz uçuş aparatları Bəhreyndə ABŞ ordusuna məxsus təyyarə anqarlarına, yanacaq çənlərinə, o cümlədən bir neçə rabitə qovşağına zərbələr endirib", - deyə SEPAH-dan bildirilib.

Qeyd olunur ki, hücuma məruz qalan aviabaza ABŞ-nin regiondakı hərbi hava və dəniz qüvvələrinin əməliyyatları üçün ən mühüm mərkəzlərindən biri hesab edilir.

Bəhreyn ərazisində isə gün ərzində dördüncü dəfə hava həyəcanı siqnalı verilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Həyəcan siqnalı işə düşüb. Vətəndaşları və sakinləri təmkinli olmağa, ən yaxınlıqdakı təhlükəsiz yerlərə sığınmağa çağırırıq", - deyə nazirlikdən xəbərdarlıq olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью