Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hücumlar Ər-Rifa və Avalli bazalarında yerləşən iki “Patriot” hava hücumundan müdafiə radarını hədəf alıb.
Bəhreyn Daxili İşlər Nazirliyi isə sosial şəbəkələrdə İranın hücumu nəticəsində mülki sənaye müəssisəsində yanğın baş verdiyini açıqlayıb. Mülki müdafiə qüvvələri yanğının söndürülməsinə cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində maddi ziyan qeydə alınıb, lakin ölən və yaralanan olmayıb.