İran Bəhreyndəki ABŞ bazasını vurdu

08.07.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Bəhreyndəki Şeyx İsa hərbi hava bazasına PUA ilə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.

“Amerika tərəfindən atəşkəsin kobud və təkrar-təkrar pozulmasının nəticələri ağır olacaq və bölgədəki bütün Amerika hərbi bazaları hərbi pilotsuz uçuş aparatlarının qanuni hədəfləri hesab ediləcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib və 80-dən çox hədəfi vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью