İran beş ərəb dövlətindən dəymiş zərərə görə kompensasiya TƏLƏB EDİR

14.04.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran hərbi əməliyyatlar nəticəsində dəymiş fiziki və mənəvi zərərə görə beş ərəb dövlətindən kompensasiya almaq niyyətindədir.

Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bəyan edib.

"Biz regionun beş ölkəsindən - Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirakına görə kompensasiya tələb edirik", - deyə İravani bildirib.

Diplomat vurğulayıb ki, rəsmi Tehran sözügedən ölkələr müharibədə İsrail və ABŞ ilə əlbir olduqlarına və İran qarşısındakı öhdəlikləri pozduqları üçün onlardan təzminat tələb etmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью