Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın beynəlxalq arenadakı yanaşması sülhsevərdir.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Cənubi Koreya, Belarus, Çexiya, Qazaxıstan və Sinqapurun İslam Respublikasına təyin olunan yeni səfirləri ilə görüşdə deyib.
"İranın beynəlxalq arenadakı yanaşması həmişə sülhsevər və qarşılıqlı əməkdaşlıq yönümlü olub. Səfirlər bu yanaşmanı dünya xalqlarına düzgün şəkildə izah etməlidirlər", - o bildirib.
Pezeşkianın sözlərinə görə, heç bir ölkənin ifrat iddiaları təmin edilməyəcək, qarşılıqlı əlaqədə ortaq maraqlar diqqətə alınacaq.