İran bir gündə 50 əsgər itirib: Bəlucistanda silahlı toqquşma

19.08.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Bəlucistan əyalətində yerli silahlı təşkilatla ordu arasında silahlı toqquşma baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə avqustun 17-də baş verib.

“Ənsar əl-Furqan” təşkilatının sözçüsü Moləvi Nəsrullah Bəluç bu barədə açıqlamasında deyib ki, hadisə Sistan və Bəluçistan əyalətinin Nimruz rayonunda baş verib. Onun sözlərinə görə, hökumət qüvvələri ilə “Ənsar əl-Furqan” silahlı təşkilatının üzvləri arasında döyüşlər 9 saat davam edib. “Həmin hadisələrdə İranın 50 hərbçisi ölüb və yaralanıb”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью