İran blokadadan yan keçir və nefti ikiqat qiymətə satır

22.11.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran həm Fars körfəzi, həm də quru yolları vasitəsilə ABŞ-ın dəniz blokadasından yan keçir və neft ixracını əvvəlki həcmdə, lakin daha yüksək qiymətlərlə davam etdirir.

Axar.az xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi deyib.

"Həm Fars körfəzi regionunda, həm də quru yolları vasitəsilə səmərəli tədbirlər görülüb. Məsələn, əvvəllər 40–50 dollara satdığımız nefti bu gün ikiqat qiymətə satırıq. Biz həm də eyni həcmdə ixrac edirik", - Qureyşi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью