Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Əlbəttə ki, ev sahibi ölkənin öz öhdəliklərini yerinə yetirməsi və razılaşmaya uyğun olaraq giriş vizalarını vaxtında verməsi şərti ilə bu görüşdə iştirak etməyi planlaşdırırıq”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Tehran bu platformadan İranın cari məsələlərlə bağlı mövqeyini aydınlaşdırmaq üçün istifadə etmək niyyətindədir.