İran BMT də ABŞ ı sərt tənqid edib

20.05.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi ABŞ-ın BMT Təhlükəsizlik Şurasını İran və ölkənin nüvə proqramına qarşı “əsassız ittihamlar” üçün istifadə etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi yaydığı bəyanatda ABŞ-ı İrana qarşı yanlış məlumatlar və ittihamlar yaymaqda günahlandırıb.

Bəyanatda ABŞ-ın tarixdə nüvə silahından istifadə etmiş yeganə ölkə olduğu qeyd edilir və Vaşinqton idarəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən nəzarət edilən sülh məqsədli nüvə obyektlərinə hücumlar və mülki infrastrukturun hədəf alınması kimi əməllərə görə məsuliyyət daşıdığı bildirilib.

İran nümayəndəliyi həmçinin ABŞ-ın qanunsuz dəniz blokadaları tətbiq etməklə və İsrailə verdiyi dəstək vasitəsilə beynəlxalq hüququ pozmağa davam etdiyini vurğulayıb.

Bəyanatda ABŞ-ın İranın sülh məqsədli nüvə proqramı barədə yanlış məlumat yaydığı, beynəlxalq sülh, təhlükəsizlik və dəniz nəqliyyat azadlığı kimi anlayışlardan ikili standartla istifadə etdiyi iddia edilib. “Suçlu və oğru indi həm prokuror, həm də hakim roluna girir və öz əməllərini təmizləməyə çalışır”, - deyə İran tərəfi əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью