Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Fars körfəzində yerləşən Larak adasına endirdiyi zərbədən sonra İran BMT Təhlükəsizlik Şurasından tədbir görülməsini tələb edib.
Axar.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi deyib.
Dərzi BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın Fars körfəzində yerləşən Larak adasına zərbəsini İranın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
“İran bu hücumu qətiyyətlə pisləyir və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib. İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr müdafiə xarakterlidir. İran istənilən yeni hərbi təcavüzə qəti və mütənasib cavab verəcək. BMT-ni yeni eskalasiyanın qarşısını almağa və beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - Dərzi bildirib.