İran BMT ni ABŞ ı qınamağa çağırır

22.10.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran ABŞ-ın dəniz blokadasını pisləyərək Vaşinqtonu hərbi əməliyyatlara dərhal son qoymağa çağırıb.

Turkustan.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi bu barədə BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Aqlaya Baltaya rəsmi məktub göndərib.

Məktubda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının və dəniz blokadasının BMT Nizamnaməsini, eləcə də beynəlxalq hüququ pozduğu bildirilib. Dərzi BMT-ni ABŞ-ın dəniz blokadasını rədd etməyə və pisləməyə, hərbi əməliyyatlara dərhal son qoyulmasını tələb etməyə çağırıb.

28 fevral 2026-cı ildə başlayan ABŞ hərbi əməliyyatlarına, habelə mülki aviasiyanı və mühüm iqtisadi sektorları hədəf alan sanksiyalara diqqət çəkilən məktubda bu tədbirlərin humanitar böhranı daha da ağırlaşdırdığı vurğulanıb.

İran tərəfi dəniz blokadasının ərzaq, dərman, tibbi ləvazimatlar və yanacaq kimi zəruri məhsullara çıxışı məhdudlaşdırdığını bildirib. Məktubda bu addımların mülki əhaliyə birbaşa zərər vurduğu və beynəlxalq humanitar hüquq baxımından “kollektiv cəza” xarakteri daşıdığı iddia edilib.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью