İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz

04.03.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, ABŞ və İsrailin İrana hücumlarından sonra neft qiymətlərinin müvəqqəti olaraq yüksəldiyini, lakin proses başa çatdıqdan sonra geriləyəcəyini bildirib.

Marja xəbər verir ki, Tramp Almaniya Kansleri Friedrich Merz ilə Oval Ofisdə keçirdiyi görüş zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərqdə artan gərginlik səbəbilə yüksələn neft qiymətlərinin iqtisadiyyata təsiri ilə bağlı suala cavab verən Tramp, “Neft qiymətləri bir müddət yüksək qalsa belə, bu vəziyyət başa çatan kimi düşəcək, hətta əvvəlkindən də daha aşağı səviyyələrə enəcəyinə inanıram” deyib.

Almaniya Kansleri Merz isə “Əlbəttə, bu vəziyyət iqtisadiyyatlarımıza zərər verir. Bu, həm neft qiymətlərinə, həm də benzin qiymətlərinə aiddir. Buna görə də hamımız bu müharibənin ən qısa müddətdə başa çatmasını ümid edirik” ifadələrini işlədib.

Merz bildirib ki, İsrail və ABŞ ordularının bu prosesi sona çatdırmaq və İranda sülhə və azadlığa dönüşü təmin edəcək yeni bir idarəetmənin hakimiyyətə gəlməsinə töhfə vermək üçün doğru addımlar atdıqlarına ümid edirlər.

ABŞ və İsrailin İrana yönəlmiş hücumları, eləcə də İranın cavab zərbələrindən sonra neft qiymətləri təklif narahatlıqları səbəbilə yüksəlmişdir. Brent neftinin bir barelinin qiyməti 85 dolları keçmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью