Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Böyük Britaniyanın Kral Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları elan edib, ölkənin xarici kəşfiyyat xidməti Mİ6-nı isə düşmən qruplar sırasına daxil edib.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (Mİ6) “casusluq, milli təhlükəsizlik və maraqlara qarşı sionist rejim və düşmən ölkələrlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi haqqında” qanunun 1-ci maddəsinin 2-ci qeydinin əhatə dairəsinə düşür.
Bu tədbirlər son bir ildə Londonun düşmənçilik xarakterli addımlarına cavab olaraq İran Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə qəbul edilib. Həmin addımlara ABŞ və İsrailin İrana qarşı müharibəsində Böyük Britaniyanın öz ərazisindəki hərbi bazaları və obyektləri istifadəyə verməklə iştirak etməsi də daxildir.
ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olaraq Böyük Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələri də müvafiq qanun əsasında terror təşkilatları elan edilib.
Yaranan nəticələrə görə məsuliyyət Böyük Britaniya hökumətinin üzərinə düşür”, - bəyanatda bildirilib.