Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və İsrailin hərəkətləri İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağa sövq edə bilər.
Axar.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
“İran hələ müqavilədən çıxmaq barədə qərar verməyib və bu qərar Vaşinqtonun gələcək addımlarından asılı olacaq.
İran mərhum ali rəhbərin nüvə silahlarına qarşı dini fətvasına sadiq qalır və nüvə doktrinasını dəyişməyib, lakin gələcəkdə nələrin baş verəcəyini bilmirik”, - o bildirib.