Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İsrail müharibəyə qayıtsa, ona hansı fəlakəti gətirəcəyimizi bilir.
Axar.az xəbər verir ki, bunu SEPAH sözçüsü Hüseyn Muhabbi deyib.
“İstər Böyük Britaniya, istər Fars körfəzindəki ölkələr, istərsə də digər ölkələr olsun, istənilən ölkə müharibədə ABŞ-ı dəstəkləsə, bizim qanuni hədəflərimiz olacaq.
Bu yaxınlarda ABŞ-ın B-1 təyyarələri Böyük Britaniyadakı aerodromlardan istifadə edib. Əgər əməkdaşlıq etsələr, bizim qəti və qanuni hədəfimiz olacaq. Hər bir vəziyyət üçün konkret ssenarimiz var”, - o bildirib.