İran bu ölkələri təhdid etdi: ABŞ hücuma keçsə...

26.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı və Qətər ABŞ-a məxsus hərbi bazalardan İrana qarşı hücumların həyata keçirilməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd olunub ki, son günlərdə Tehran Fars körfəzi ölkələrinə ciddi və açıq siqnallar göndərib. Bildirilir ki, bu mesajlar regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Mənbələrin iddiasına görə, İran tərəfi xəbərdarlıq edib ki, ABŞ-ın Fars körfəzi istiqamətindən İrana hərbi zərbə endirməsi halında Dubay və ya Doha şəhərlərinin təhlükəsizliyinə zəmanət verilə bilməz.

Bu açıqlamalar regionda onsuz da yüksək olan gərginliyi daha da dərinləşdirib.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью