Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin “The New York Times” nəşri yazıb.
Qəzetə danışan bəzi mənbələr İslam Respublikasının simvolik addım olaraq Ukraynaya kiçik döyüş başlığı olan ballistik raket atacağını, lakin nisbətən az ziyan vuracağını gözlədiklərini bildiriblər.
Digər rəsmilər isə hədəfin Ukraynanın Qara dəniz limanlarından biri olacağını söyləyiblər.
Tehran hökumətinə yaxın analitik Mehdi Rəhməti qeyd edib ki, İranın bəzi siyasi xadimləri Kiyevə qarşı qisas zərbəsi endirməyə çağırsa da, digərləri təmkinli olmağı məsləhət görüb.
“Ukrayna kiçik və ya əhəmiyyətsiz bir ölkə deyil. Onun döyüş təcrübəsi, ABŞ və Avropadan logistika dəstəyi var. Bu müharibədə yeni bir cəbhə açmaqla qazanacağımız heç nə olmayacaq”, - ekspert vurğulayıb.
Kiyevlə Tehran arasında yaranan gərginlik hər iki ölkənin xarici işlər nazirləri Andrey Sibiqa ilə Abbas Əraqçi arasındakı baş tutan telefon danışığından sonra səngiməyə başlayıb.
A.Əraqçi həmkarı ilə müzakirələrdən sonra sosial media hesabında yazıb ki, Ukrayna İran gəmisinə qəsdən hücum etməyib. Onun sözlərinə görə, Kiyev vəziyyəti daha da gərginləşdirilməsinə yol verməyəcəyinə dair zəmanət verib.
Əraqçi onu da vurğulayıb ki, hadisə qəsdən baş verməsə də, Tehran dəymiş ziyana görə kompensasiya istəyir.
Nazir əlavə edib ki, İran da gərginliyin artmasında maraqlı deyil, lakin bu cür hadisələri məqbul saymır.
Mürtəza