İran bu ölkəyə körfəzin dibi ilə tunel çəkir

10.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Fars körfəzinin dibi ilə nəqliyyat tunelinin tikintisi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə bir qrup mütəxəssis göndərəcək.

Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Rza Arif Qətərin İrandakı səfiri Saad bin Abdulla Əl-Məhəmməd Əl Şəriflə görüşündə deyib.

“Hər iki ölkə bu böyük planın həyata keçirilməsini arzulayır və İran artıq ilkin araşdırmalar aparmaq üçün mütəxəssislər qrupu yaradıb və yaxın həftələrdə Dohada danışıqlara göndəriləcək”, - Arif bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью