İran bu tarixdə BOMBARDMAN ediləcək Azərbaycan üçün RİSKİ…

01.09.2026

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Region yenidən böyük və təhlükəli ABŞ-İran müharibəsi ilə üz-üzə qala bilər. ABŞ-la İran arasında müharibənin yenidən alovlanmasının bütün regiona müxtəlif formalarda təsir edəcəyi şübhəsizdir.

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, ABŞ-nin İranla bağlı siyasətində bir vahid siyasət yoxdur: “Yəni 40 günlük müharibə, onun dayandırılması, sonra danışıqların başlanması, danışıqların pozulması, yenidən əməliyyatların başlanması, sonra yenidən dayandırılması və guya iqtisadi böhran yaratmaqla dəyişikliyə nail olacaqlarını elən etmələri, indi də Lark adasına zərbələr endirilməsi birmənalı şəkildə göstərir ki, Vaşinqtonda İranla bağlı daha çox Trampın iradi qərarları daha çox keçərlidir, nəinki konkret bir strategiya. Ona görə də hələ ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərinə qədər vəziyyətin belə ziqzaqlı davam etməsi gözləniləndir. Bu, heç də Tramp üçün elə bir xüsusi önəm vermir. ABŞ cəmiyyəti nəticə gözləməyi sevən cəmiyyətdir. Ola bilsin Tramp seçkilər ərəfəsində İrana qarşı daha kəskin addımlar atsın. Bu da çox ehtimalı olunan deyil”.

Yeni bir müharibənin Azərbaycan üçün gətirə biləcəyi mümkün risklərə, mümkün qaçqın axınına səbəb olub-olmayacağı ehtimallarına gəlincə, İlham İsmayıl qeyd edib ki, 40 gün davam edən ABŞ-İran müharibəsinin Azərbaycana elə də ciddi mənfi təsirləri olmadı, İrandan qaçqın axını da olmadı, bundan sonra da gözlənilmir: “Çünki müharibədə quru qoşunlarından istifadə olunmur. Raket zərbələrinə isə artıq İran cəmiyyəti adaptasiya olunub. Necə ki, Ukrayna xalqı artıq raket zərbələrinə adaptasiya olub. Ona görə də raket müharibəsi nəticəsində Azərbaycana qaçqın axınının gəlməsi gözlənilmir. Azərbaycan üçün ciddi təhlükə yoxdur. Sadəcə, təhlükə ondan ibarətdir ki, bölgədə qeyri-sabitlikdir və bu vəziyyətdə bölgədə inkişaf getmir, bizim Ermənistanla bağlı olan məsələlərdə ləngimələr olur, sülh müqaviləsinin imzalanması da yubanır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью