Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo" agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz boğazı bağlamadıq. O, açıqdır", - deyə nazir bildirib.
Agentikdən verilən məlumata əsasən, Əraqçi bildirib ki, Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələr artıq başlayıb.
Milli.Az