Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran silahların yoxlanılmasına razılıq verəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Hər kəs çox gözəl anlayır ki, İran uzunmüddətli “nüvə dürüstlüyünü” təmin etmək üçün əsas silahların yoxlanılmasına razı olacaq", - Ağ Ev rəhbərinin paylaşımında deyilir.
Bundan qısa müddət əvvəl isə "Mehr" agentliyi məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Tehran İsveçrədəki danışıqlar zamanı nüvə mövzusunda heç bir müzakirə aparmayıb və üzərinə yeni öhdəliklər götürməyib.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran 60 gün müddətinə qüvvədə olacaq qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəd hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpasını və ABŞ tərəfindən İran limanlarının dəniz blokadasının qaldırılmasını nəzərdə tutur.
Bizim.Media