İran bunu başa düşdüyü üçün öz müdafiəsini gücləndirir Zərdüşt Əlizadə

06.10.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Amerika ilə hər hansı bir danışıqlara getməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu dövlət müqavilə və sazişləri başa düşmür. İran da bunu anlayır. Elə İran bunu başa düşdüyü üçün öz müdafiəsini və qüdrətini gücləndirir. Sürətlə raketlər istehsal edir və deyir ki, cavab verəcəyəm”.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə dedi.

“Amerika Yaxın Şərqdən getməlidir. Amerika Yaxın Şərqə ağalıq edir? Nə istəyir? Hərdən ABŞ Prezidenti Donald Tramp nə istədiyini deyir. Tramp deyir ki, “İran neftinə sahib olmalıyam”. İran xalqı ölür, İran dövləti ölür, “mən İran neftinə sahib olmalıyam. İran Venesuela kimi neftini bizə verməlidir. Biz nefti satmalıyıq”. Amerika xalqının zəif damarına düşüb və Trampı seçiblər. İrana isə heç nə edə bilməzlər”, - deyə siyasi şərhçi bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью