İran bunu edərsə kütləvi zərbə endiriləcək... Heqset

05.05.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ hərbi qüvvələri gəmilərin Hörmüz boğazından keçirilməsi əməliyyatı zamanı İranın su və hava məkanına müdaxilə etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ hərbi naziri Pit Heqset mətbuat konfransı zamanı bəyan edib.

"ABŞ-ın məqsədi gəmiçiliyi İranın təcavüzündən qorumaqdır. Hörmüz boğazının açılması çərçivəsində ABŞ-ın İranın hava məkanına və ya sularına daxil olmasına ehtiyac olmayacaq. Biz münaqişə axtarmırıq. Onlar boğazı nəzarət altında saxladıqlarını bəyan ediblər, lakin bu, belə deyil", - o deyib.

P.Heqset eyni zamanda İranı xəbərdar edib ki, ticarət gəmilərinə hücum ediləcəyi təqdirdə "onun üzərinə kütləvi zərbə endiriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью