İran burulğanı bütün ətraf ölkələri bu və ya digər şəkildə özünə cəlb edəcək

14.07.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Yaxın Şərq regionunda Kəngər körfəzi ölkələri də daxil daşlar yerindən tərpənməyə başlayır. Regionda köklü dəyişikliklər zamanına start verilib. Tərəflər artıq böyük hesablaşma olmadan daşların yerinə oturmayacağını bilirlər və buna görə hərəkət edirlər. ABŞ bütün fiqurları oyuna daxil edir. İran burulğanı bütün ətraf ölkələri bu və ya digər şəkildə özünə cəlb edəcək.
ABŞ İrakdakı kürd qrupları (PJAK) oyuna salacaqsa, bu, region üçün uzunmüddətli gərginlik olacağı anlamına gəlir. Amma nəticədə İranın bütövlüyü məsələsi gündəmdə olacaq. Çünki kürd qruplar başqa şərtlərlə oyuna daxil olmazlar. Cənubi Azərbaycan ərazilərnin bir qismi təhlükə altına düşsə də, bu, nəticə etibarilə ümumi prosesin tərkib hissəsi kimi başa çatacaq. Yəni burda tək tərəfli plan işə yaramayacaq. Türkiyə və Azərbaycanın rolu həlledici olacaq.
Məsələlərin mahiyyəti region üçün stabillik istəyən ölkələrin əksinə kimin bu prosesləri daha doğru proqnozlaşdırması ilə uduşlu çıxacağıdır. Suriya misalından da göründüyü kimi kimsə stabillikdən gələcəyə yönəlik böyük planlar qura bilməz. İndiki durumda planlar məcburi şəkildə xaosdan əldə ediləcək nəticələr üzərində qurulmalıdır. Çünki bu oyunun başladanı öz planını qurub. Əsas məsələ bu plandan istifadə etməkdir, qarşısını almağa çalışmaq yox
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью