Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, İslami İranın cənubundakı Buşehr Nüvə Elektrik Stansiyasının ikinci və üçüncü bloklarının tikinti prosesi ilə maraqlanıb.
Orada verilən açıqlamada İslami: "Buşehrdə nüvə reaktorunun tikintisi davam edir. Bu stansiyanın ikinci və üçüncü bloklarının tikinti layihəsində 18 faiz irəliləyiş əldə edilib", - deyə qeyd edib.
Buşehr Nüvə Elektrik Stansiyasının ikinci və üçüncü blokları Rusiyanın dövlət şirkəti "Rosatom" tərəfindən tikilir.
Ötən ilin sentyabr ayında İran və Rusiya arasında dörd nüvə elektrik stansiyasının tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalanıb. Bu müqavilə Moskvada Dünya Atom Həftəsi (WAW) çərçivəsində keçirilən "Atom Expo 2025" sərgisində imzalanıb.
Qadir, Bizimyol.info