Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin məhkəmə orqanına bağlı "Mizan" xəbər agetliyi məlumat yayıb.
Məlumata görə, edam edilən şəxs Erfan Şakurzadə olub. O, peyk layihələri ilə bağlı elmi təşkilatda çalışıb və xarici kəşfiyyat orqanlarına məxfi texniki məlumatları ötürməkdə günahlandırılıb.
"Iran Human Rights Society" bildirib ki, Şakurzadənin 29 yaşı olub və o, aerokosmik mühəndislik fakültəsini bitirib. Təşkilatın məlumatına görə, o, ötən il saxlanılıb və istintaq zamanı etiraf ifadələri verib, lakin bu ifadələrin təzyiq altında alındığı iddia olunur.
İran hakimiyyəti isə bildirir ki, iş milli təhlükəsizliklə bağlıdır və məxfi məlumatların xarici kəşfiyyat xidmətlərinə ötürülməsi ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradıb.
Bizimyol.info