İran cavab üçün 2 gün GÖZLƏDİ

03.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-nin İranın cənubuna 1 sentyabr hücumlarına cavab olaraq, bu ölkənin ordusu Küveyt və BƏƏ-dəki hərbi bazalara cavab hücumları həyata keçirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Bəyanatda deyilir: "İran İslam Respublikasının Silahlı Qüvvələri BƏƏ və Küveytdəki ABŞ terrorçu bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirib". 

Küveytdəki zərbələr ABŞ qüvvələrinin peyk rabitə sistemlərini, avadanlıq anbarlarını və aerodromlarını, eləcə də BƏƏ-dəki ABŞ Silahlı Qüvvələrinin qoşun yerləşdirmə məntəqələrini və radarlarını hədəf alıb.

İran ordusunun məlumatına görə, hücumlar bu gün  səhər baş verib. 1 sentyabrda ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. Press TV-nin məlumatına görə, ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə partlayışlar baş verib. 

İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyndə ABŞ hərbi bazalarına zərbələr endirib. İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-ın çərşənbə axşamı İranın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 18 nəfər ölüb, 108 nəfər yaralanıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью