Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, İran Prezidenti bu barədə Tehranda keçirilən illik Kapital Bazarları Konfransında deyib.
O, İranın “səssiz iqtisadi müharibə” ilə üz-üzə olduğunu vurğulayaraq, bu vəziyyətin raketlərin atıldığı müharibədən daha ağır olduğunu qeyd edib.
Pezeşkian vətəndaşlara müraciətində qarşıdakı ayların çətin keçəcəyini də əlavə edib.
Məlumata görə, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada ölkə iqtisadiyyatına əlavə təzyiq göstərir. Bunun nəticəsində İran iqtisadiyyatının daha da daralacağı və on milyonlarla insanın çətinliklərlə üzləşəcəyi gözlənilir.(Teleqraf)