İran daha bir gəmini saxlayıb Gəmi “şübhəlidir”

25.04.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusu ilə əlaqəsi olduğu şübhəli bilinən “EPAMINODES” gəmisinin saxlanıldığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. SEPAH-ın "araşdırması" nəticəsində məlum olub ki, “EPAMINODES” son altı ay ərzində ABŞ limanlarına müntəzəm olaraq giriş edib. Güman olunur ki, gəminin ABŞ ordusu ilə əlaqəsi ola bilər.

SEPAH gəminin "xəbərdarlıqlara məhəl qoymadığı üçün” saxlanıldığını bildirir.

Bu arada, İran mediasının məlumatına görə, İslamabadda İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə Pakistan ordusunun başçısı Asim Munir arasında görüş keçirilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью