İran daha bir “Mossad” casusunu edam etdi

11.05.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


İranda peyk texnologiyası üzrə alim Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrail kəşfiyyat xidməti (“Mossad”) ilə əməkdaşlıq ittihamı ilə edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İrfan Şakurzadə MKİ və “Mossad”a məxfi elmi məlumatlar ötürüb və bunun müqabilində kriptovalyuta alıb.
İş materiallarına görə, o, İranda peyk sahəsində fəaliyyət göstərən elmi təşkilatda işləyib.
İran İnsan Hüquqları Cəmiyyətinin hüquq müdafiə təşkilatına görə, 29 yaşlı aerokosmik mühəndislik məzunu 2025-ci ildə həbs edilib.
Qeyd edək ki, martın ortalarında İran 2025-ci ilin dekabr etirazlarında iştirak etməkdə günahlandırılan üç nəfəri edam edib. Onlar polis məmurlarını öldürməkdə və İsrail və ABŞ ilə əməkdaşlıq etməkdə ittiham olunurdular.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью