İran danışıqlar təklif edir

30.01.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İran danışıqlara hazırdır".
"Unikal
" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran nüvə müzakirələrinə qayıtmağa hazırdır: “Keçmiş təcrübə ABŞ-nin dialoqda xoş niyyətinin və dürüstlüyünün olmadığını göstərsə də, İran hələ də nüvə danışıqlarına davam etməyə hazırdır”.
Əraqçi bir daha vurğulayıb ki, nüvə silahı İranın hərbi doktrinasında və təhlükəsizlik hesablamalarında heç bir yerə malik deyil. Belə ki, Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlər üçündür: “Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq”.
İranlı nazir əlavə edib ki, danışıqlar məsələsi ilə bağlı Amerika hökuməti müxtəlif vasitəçilər vasitəsilə dəfələrlə Tehrana müraciət edib və bu tələblər davamlı şəkildə yenilənir: “İran İslam Respublikasının isə danışıqlar aparmaqla bağlı heç bir problemi olmayıb". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью