Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Arakçi İranın ədalətli və bərabər razılaşmaya və ya mümkün hücuma qarşı müdafiəyə hazır olduğunu vurğulay;b.
Modern.az xəbər verir ki, İran xarici işlər naziri Seyid Abbas Arakçi X sosial media platformasında paylaşımında bunları yazıb:
“CNN-ə verdiyi müsahibədə dedim: İran və ABŞ tarixin kritik bir dönüş nöqtəsindən keçirlər.
Nüvə silahlarının olmamasını təmin edən ədalətli və bərabər bir razılaşmaya çata bilərik. Bu nəticə qısa müddətdə mümkündür və hər iki tərəfin maraqlarına uyğundur.
Digər tərəfdən, səhv hesablama və ya hətta hücum ola bilər. İran bu ssenariyə eyni dərəcədə hazırdır”.