İran danışıqlarda “əhəmiyyətli irəliləyiş əldə edildiyini“ bəyan etdi... “CNN“

22.06.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran, Qətər və Pakistan İsveçrədə ABŞ ilə danışıqların ilk mərhələsindən sonra irəliləyiş əldə etdiklərini açıqladılar.

Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bu barədə Amerika televiziya kanalı "CNN" İran Xarici İşlər Nazirliyinin sözçüsünə, İran media orqanlarına və vasitəçi ölkələr olan Qətər və Pakistanın bəyanatına əsaslanaraq məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ və İran nümayəndə heyətlərinin yekun razılaşmanın bağlanmasına yönəlmiş danışıqlara hazırlıqları müzakirə etdiklərini qeyd edib. Onlar ayrıca İranın dondurulmuş aktivləri və İran neftinin satışı üçün sanksiyalardan güzəştlərə toxunublar.

O, əlavə edib ki, "əhəmiyyətli irəliləyiş əldə edilib".

Bəqai qeyd edib ki, ABŞ və İran Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyi barədə razılığa gəliblər.

Vasitəçilər olan Pakistan və Qətərin birgə bəyanatında ABŞ və İran arasında bu yaxınlarda başa çatan danışıqların "müsbət və konstruktiv atmosferdə" keçirildiyi və "həvəsləndirici irəliləyiş" əldə edildiyi bildirilib.

Bəyanatda əlavə edilib ki, ABŞ və İran "vasitəçilik prosesinə siyasi nəzarət" təmin etmək üçün Yüksək Səviyyəli Komitə yaratmaq barədə razılığa gəliblər. Baş danışıqçılar Yüksək Səviyyəli Komitəyə müntəzəm olaraq hesabat verəcək və işçi qruplarına sədrlik edəcəklər.

Komitə "60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi" barədə razılığa gəlib və əlavə edib ki, "bütün məsələlər üzrə" texniki danışıqlar bu həftənin sonuna qədər İsveçrədə davam edəcək.

Bəyanatda deyilir ki, ABŞ və İran həmçinin Livanda hərbi əməliyyatlara son qoyulmasını təmin etmək üçün Livanla "münaqişələrin aradan qaldırılması qrupu" yaratmaq və Qətər və Pakistanın vasitəçiliyi ilə razılığa gəliblər.

Atəşkəs razılaşmasına baxmayaraq, Livanda İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" qrupu arasında döyüşlər davam edir.

Qeyd etmək lazımdır ki, bu danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp təhdid etməyə başlayıb və İranla razılaşma əldə edilməsə, ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirə biləcəyini bildirib. İran mənbəsi isə "CNN"-ə bildirib ki, Trampın təhdidlərindən sonra ABŞ və İran arasında danışıqlar bir müddət dalana dirənib.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью