İran danışıqlardan əvvəl ABŞ dən addımlar gözləyir

06.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İran diplomatik danışıqların yeni mərhələsinə keçməzdən əvvəl ABŞ-ın konkret addımlar atmasını gözləyir.

Modern.az IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib.

Baqirinin sözlərinə görə, ABŞ son il yarımda üzərinə götürdüyü öhdəlikləri dəfələrlə pozub. O bildirib ki, Tehran Vaşinqtonun yazılı öhdəliklərinə güvənməmək hüququna malikdir və diplomatiyada yeni mərhələ üçün ABŞ-ın əməli addımlarını görməlidir.

Baqiri İranın ali rəhbəri Müctəba Hüseyni Xameneinin Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi mesajdan da danışıb. Onun sözlərinə görə, Şuranın katibi Möhsün Rezayinin Putinə çatdırdığı mesajda İranın Rusiya ilə əməkdaşlıqda önəm verdiyi istiqamətlər və ikitərəfli əlaqələrin perspektivləri əks olunub.

Baqiri Rusiya qazının İrana nəqli layihələrini və Şimal–Cənub nəqliyyat dəhlizini strateji əhəmiyyətli təşəbbüslər adlandırıb. O hesab edir ki, bu layihələr ABŞ-ın İrana təzyiq göstərmək planlarını əngəlləyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью